İmplant müalicəsi ağrılıdırmı?

İmplant zamanı hiss olunan narahatlıq adi diş çəkimi və ya sadə stomatoloji prosedurlardan fərqli deyil. Müalicə yerli keyitmə ilə aparıldığı üçün proses ağrısız keçir. Əməliyyatdan sonra bir neçə gün yüngül diskomfort və şişkinlik ola bilər — bu normaldır və həkimin verdiyi dərmanlarla tez azalır.

İmplant neçə il davam edir?

Düzgün qulluq ilə dental implantlar ömür boyu davam edə bilər. Titan implant sümüyə inteqrasiya olunaraq möhkəm dayaq yaradır. Üzərindəki protez isə istifadə və qulluqdan asılı olaraq 10-20 il və daha çox xidmət edir. Müntəzəm həkim nəzarəti və düzgün ağız gigiyenası implantın ömrünü uzadır.

Diabetim var, implant qoydura bilərəmmi?

Bəli, HbA1c nəzarəti altında olan diabetli pasiyentlərdə implant uğurla icra oluna bilər. Şəkər göstəriciləri, sümüyün vəziyyəti və düzgün planlama nəzərə alınır. Risklər fərdi qiymətləndirmə ilə minimuma endirilir. Hər pasiyent üçün fərdi yanaşma tətbiq olunur.

Ürək xəstəliyim var, implant qoydura bilərəmmi?

Ürək xəstəliyi olan pasiyentlərdə implant müalicəsi mümkündür, amma düzgün planlama vacibdir. Kardioloq rəyi, qəbul olunan dərmanlar (xüsusilə antikoaqulyantlar) və ümumi sağlamlıq vəziyyəti nəzərə alınmalıdır. Standart yanaşma yoxdur — hər pasiyent üçün fərdi planlama əsasdır.

Sinus lift nədir və nə zaman lazımdır?

Üst çənədə implant üçün sümük hündürlüyü kifayət etmədikdə tətbiq olunan cərrahi prosedurdur. Sinus boşluğu ehtiyatla qaldırılır və sümük əlavə edilərək implant üçün möhkəm baza yaradılır. Diş uzun müddət əvvəl çəkildikdə və sümük əriməsi olduqda ehtiyac yaranır. Lokal keyitmə ilə icra olunur.

All-on-4 nədir?

Tam dişsiz çənələrdə minimum 4 implant yerləşdirməklə tam sabit protez quraşdırılır. Eyni gündə implant və müvəqqəti dişlər qoyulur. Bu metod yüksək stabillik, güclü çeynəmə qüvvəsi və uzunömürlülük təmin edir.

Çənə sümüyüm kifayət etmirsə, implant mümkündürmü?

Bəli, sümük augmentasiyası proseduru ilə bu problem həll edilir. Vertikal və ya horizontal sümük artırma tətbiq edilir, sonra implant yerləşdirilir. İlk mərhələdə autogen sümük artırma proseduru edilir, təxminən 5 ay sonra implantlar yerləşdirilir.

Ağıl dişimi çıxartmalıyam?

Hər ağıl dişi çıxarılmalı deyil. Ağrı, təzyiq, şişlik, infeksiya, diş əyriliyi kimi hallarda çıxarılması tövsiyə olunur. Bəzən dişi saxlamaq mümkündür. Hər pasiyentin vəziyyəti fərqlidir — rentgen müayinəsi ilə dəqiq qiymətləndirmə aparılır.

Diş əti çəkilməsi niyə baş verir?

Əsas səbəblər arasında diş əti iltihabı, düzgün olmayan fırçalama texnikası və dişlərin mövqeyi durur. Erkən diaqnostika olunduqda müalicəsi daha asandır. Diş əti qanaması, həssaslıq və ya geri çəkilmə müşahidə edirsinizsə stomatoloqunuza müraciət edin.

Bruksizm (diş sıxma) müalicə olunurmu?

Bəli, bruksizm müalicə olunur. Gecələr dişlərinizi sıxırsınız, səhər çənə və baş ağrısı ilə oyanırsınız? Vaxtında müdaxilə olunmasa dişlərin aşınmasına səbəb olur. Fərdi müalicə planları — gece plakası, botoks və digər üsullar — tətbiq edilir.

Eyni gündə implant və diş qoydura bilərəmmi?

Bəli, dərhal yükləmə (Immediate Loading) adlanan müasir üsul ilə eyni gündə implant yerləşdirilir və müvəqqəti dişlər qoyulur. Bu, sümük vəziyyəti və klinik göstəricilərdən asılıdır. Hər pasiyent üçün uyğunluq müayinə zamanı qiymətləndirilir.

Başqa Sualınız Var?

Müayinə üçün bizimlə əlaqə saxlayın — bütün suallarınıza cavab verərik.

Əlaqə Saxlayın